Sabah Mirmehdi Ağaoğlunun imza günü keçiriləcək

Sabah Mirmehdi Ağaoğlunun imza günü keçiriləcək
calendar 20 noyabr 2015
clock 12:00

Noyabrın 21-i, saat 15-də yazıçı Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” kitabının imza günü keçiriləcək.

Kulisin məlumatına görə imza günü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq.

Tədbir 17-dək davam edəcək.

Xatırladaq ki, “Ol” nəşriyyatında işıq üzü görən kitaba müəllifin "Bu gün səbr elə" romanı daxildir.

Roman rayondan Bakıya dolanışıq dalınca gəlib kirayədə yaşayan və kredit içində boğulan bir ailənin düşdüyü tragikomik vəziyyəti anladır.

“Bu gün səbr elə” müəllifin sayca üçüncü kitabıdır.

view 1014 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news