Azad Yaşarın yeni kitabı çap olundu

Azad Yaşarın yeni kitabı çap olundu
calendar 7 aprel 2016
clock 12:54

Şair, rəssam Azad Yaşarın “Konsept” adlı yeni kitabı çapdan çıxıb. Kulisin məlumatına görə kitaba şairin şeirləri, esseləri ilə yanaşı kufi xətli kompozisiyalardan və logolardan ibarət 22 rəsm əsəri də daxildir.

Azad Yaşarın 55-ci doğum günü ərəfəsində çıxan topludakı əsərlər ötən illər ərzində aparıcı ədəbi qəzet-jurnallarda, saytlarda və antologiyalarda çap olunub, müxtəlif dillərə çevrilib.

Kitabdakı mətnlər “Dil klinikası”, “Hamı və Heç kim” kitabından”, “Onda və İndi”, “İtirilənlər – Tapılanlar”, “İntertekstual test”, “Mobil notlar – Atmacalar – Kəlamburlar”, “Esse və məqalələr” və “Mənzum çevirilər” başlıqları altında toplanıb.

view 1885 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news