“Rus Bukeri”nin qalibi məlum oldu

“Rus Bukeri”nin qalibi məlum oldu
calendar 5 dekabr 2013
clock 11:49

Bu ilki “Rus Bukeri” ədəbi mükafatı “Pəncruda qayıdış” (“Возвращение в Панджруд”) romanına görə Andrey Volosa verilib. Gazeta.ru – nun verdiyi xəbərdə belə deyilir.


Mükafatın qısa sıyahısı (10-luq –red.) oktyabrın əvvəllərində elan olunub. Onluğa Andrey Volos (“Возвращение в Панджруд”), Denis Quçko (“Бета-самец”), Yevgeniya Vodolazkina (“Lavr”), Andrey İvanov (“Харбинские мотыльки”), Vladimir Şapko (“У подножия необъятного мира”), Marqarita Xemlinin (“Дознаватель”) əsərləri yer almışdı.

Y. Vodolazkina bu il “Böyük kitab” mükafatında “Lavr” əsərinə görə birinci yerə layiq görülüb.

“Rus Bukeri” Britaniya “Buker”inə analoq kimi təsis edilib və 1991-ci ildən təqdim edilir. Mükafatın builki qalibi 1,5 milyon rubl, finalçılar isə 150 min rubl qazanıblar.

view 1799 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news