Vüsal Nuru: “Vətən”-Ən qısa hekayə

Vüsal Nuru: “Vətən”-Ən qısa hekayə
calendar 19 dekabr 2013
clock 00:00

Kulis.az Vüsal Nurunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Vətən” (243 işarə) hekayəsini təqdim edir.

Böyüdü. "Vətən borcu" dedi, əsgər getdi. Vətəni sevdi, döyüşdü. Əlil oldu. Qayıtdı. Qız tapmadı əlilə gedəsi. İşlədi. Vergiləri verə-verə canı çıxdı. Pulsuzluqdan kişinin meyidi qalıb ortada. Üç gündü qonşular pul yığır ki, vətəni qəbir-qəbir satan "yaxşı kişilər"dən birinə verək.

view 3298 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news