Şahlar Ruhi: “Saç”-Ən qısa hekayə

Şahlar Ruhi: “Saç”-Ən qısa hekayə
calendar 20 dekabr 2013
clock 20:00

Kulis.az Şahlar Ruhinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Saç” (193 işarə) hekayəsini təqdim edir.

Gözəllik deyildi, başa bəla idi ona uzun saçları. Nə etsə də, yad baxışlardan qurtula bilmirdi.

Bir oğlan şeir də həsr eləmişdi onun bu gözəl tellərinə. Bütün sevənlər saçlarına görə sevirdi onu.

Və bir gün bu saçlara bit düşdü...

view 1937 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news