Elçin qurultayda niyə çıxış etmədi?

Elçin qurultayda niyə çıxış etmədi?
calendar 18 iyun 2014
clock 10:09

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII qurultayında Xalq Yazıçısı, Baş Nazirin müavini Elçin Əfəndiyevin çıxış etməməsi qurultay nümayəndələrinin və medianın diqqətini çəkib.

Bundan başqa onun qurultayı çox tez tərk etməsi də müəyyən suallar yaradıb.

Kulis.az bu suallara aydınlıq gətirmək məqsədilə AYB katibi Rəşad Məcidlə əlaqə saxlayıb.

Rəşad Məcid Elçin Əfəndiyevin niyə çıxış etməməyi haqqında heç bir məlumata malik olmadığını bildirib: “Mən nə bilim niyə çıxış etməyib? Ola bilər ki, işi olduğuna görə məclisi tez tərk edib”.

view 2436 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news