“Yüzdə səksən”in təqdimatı keçirildi

“Yüzdə səksən”in təqdimatı keçirildi
calendar 20 aprel 2015
clock 09:29

18 Aprel, saat 15:00-da “Kitabevim.az” kitab evində Mətləb Ağanın “Yüzdə səksən” adlı şeirlər kitabının imza günü keçirildi. Tədbirdə yazarın qələm dostları, KİV nümayəndələri və oxucular iştirak edirdi.

Müəllif ilk olaraq kitab haqqında danışaraq oxucuları məlumatlandırdı. Yazarın qələm dostları da “Yüzdə səksən” haqqında fikirlərini söyləyərək müəllifə uğurlar arzuladılar.

Son olaraq müəllif qonaqlar üçün kitablarını imzaladı.

view 1092 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news