Bu gün bir şeyi anladım, şair...
Bomjların ev telefonu var-taksafonlar...
Yataqları dayanacaq oturacaqları, skamyalar...
- "Balaca" Vaqifin böyük sənəti-ANARIN YAZISI
- “Qayınana”nın məşhur aktyoru: “Qohum qızı gətirmədim evimizə”
- Bu küçə fotoları sizi güldürəcək
Bir də yarıda qoyduğum adamları xatırladım...
Nankor olur insanlar...
Yadımdaykən deyim, şair,
Bayaq ürəyimi ağrıdan axsaq iti elə ayağından vurdular,
Ancaq indi bunları düşünmürəm mən,
İndi martini içir, siqaret çəkirəm...
Və anlayıram ki, bomjların telefonuna pulsuzluqdan yox,
Allahdan və şeytandan ümidlərini üzdüklərindən zəng gəlməz...
Anlayıram ki, yarıda qoyduğum adamlar kimi,
Yarımçıq oxuduğum kitabların ahı tutur məni,
Şair, küçə itləri kimi bizi də ağrıyan yerimizdən vurdular...