Sabah “Fələk qırmancı”nın imza günü olacaq

Sabah “Fələk qırmancı”nın imza günü olacaq
calendar 11 mart 2016
clock 14:26

Qan Turalının “Fələk qırmancı” romanının imza günü mart ayının 12-də (saat 16:00-18:00) Gənc Tamaşaçılar Teatrında keçiriləcək.

“Fələk qırmancı” romanı paralel süjetli romandır. Romanın müasir süjeti şüurlu şəkildə yazmaqdan imtina edən Mehdi haqqındadır. Daxili təlatümlərlə, ağır psixoloji travmalar keçirdən Mehdinin həyatda yeganə istinadgahı Zeynəbdir. Lakin Zeynəbin fədakarlıqları da...

Tarixi süjet isə Orta Əsrlərdə baş verir. Burda bir sufinin özünüdərk axtarışları təsvir edilir.

“Fələk qırmancı” adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib heç zaman yaza bilmədiyi romanının adından götürülüb.

Kitabın qiyməti 5 manatdır.

“Fələk qırmancı” romanı “Mütərcim” nəşriyyatında “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunub.

İmza günündə müəllifin “Mustafa”, “Polis qorxusuyla öpüşmək”, “Doqquz hekayə” kitabları da satışda olacaq.

view 1000 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news