Nobel Ədəbiyyat mükafatı gecikdirilir

Nobel Ədəbiyyat mükafatı gecikdirilir
calendar 6 oktyabr 2016
clock 12:32

2016-cı il Nobel Ədəbiyyat mükafatının veriləcəyi tarix hələ dəqiqləşməyib. Kulis.azın məlumatına görə bu barədə xəbər Nobel komitəsinin rəsmi saytında yerləşdirilib.

2016-cı il Fizika, Tibb və Kimya üzrə mükafatların sahibləri artıb bəlli olub. Sülh mükafatı oktyabrın 7-i, İqtisadiyyat üzrə mükafat oktyabrın 10-u veriləcək.

Ədəbiyyat üzrə Nobel mükafatının verilmə tarixi isə hələlik bəlli deyil.

Nobel mükafatları arasında adətən Sülh və Ədəbiyyat mükafatları ciddi müzakirəyə səbəb olur.

Xatırladaq ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatı Sülh makafatından əvvəl verilmişdi. Ekspertlər mükafatın gecikməsi səbəbini İsveç Akademiyasında gedən gərgin polemikalara bağlayırlar. Bukmeyker kantorlarının rəyinə görə isə ən şanslı namizədlər Haruki Murakami, Adonis və Nququ va Thionqodur.

view 1084 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news