Şahin Amanov: "Mühacir" Ən qısa hekayə

Şahin Amanov: "Mühacir" Ən qısa hekayə
calendar 17 dekabr 2013
clock 14:00

Kulis.Az Şahin Amanovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Mühacir” (500 işarə) hekayəsini təqdim edir.

Yalanlarının üstü açılan Tükəzbanı mühacirət etdiyi ölkədən geriyə-vətəninə deportasiya edirdilər.

O, kədərli olduğu qədər də sevincliydi. Kədərlənirdi ki, planları daşa dəymişdi. Sevinirdi – ona görə ki, mühacirət etmək üçün uydurduğu yalanlardan dolayı vətənində şərləyib, təhqir edib alçaltdığı insanlar tərəfindən bu dəfə doğurdan da təqib olunacaqdı.

Təqib olunmaq vecinə də deyildi. Sadəcə bu ona növbəti dəfə digər bir ölkəyə mühacirət etmək üçün real imkanlar verirdi. Daha sonradan ifşa olunacağından qorxa-qorxa hansısa yalanlar uydurmağa artıq gərək qalmayacaqdı.

view 1899 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news