Şəmşad Ağa: "Küçə iti" Ən qısa hekayə

Şəmşad Ağa: "Küçə iti" Ən qısa hekayə
calendar 17 dekabr 2013
clock 14:00

Kulis.Az Şəmşad Ağanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Küçə iti” (285 işarə) hekayəsini təqdim edir.

Bu həmin it idi, dünən küçədə güllələnən sahibsiz it. Yoldan keçənlər onun ağappaq dişlərinin parıltısına baxanda elə bilirdilər, it onlara gülür.

...Küçə itləri onun ağzından yerə düşən sümük üstündə boğuşurdular. Onun da bütün həyatı bu savaşda keçmişdi.

Heç kəs fərqinə varmırdı ki, ölən itin gözlərində bir küçüyün şəkli donub...

view 2137 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news