Kulis.Az Səidə Əliyevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi "Qisas" (401 işarə) hekayəsini təqdim edir.
Düz 20 il idi ki, qisas hissi ilə yaşayırdı. Onu bu hala salanları cəzalandırmaq istəyirdi.
Rəssam – batalist 20 illik nifrətini təcəssüm etdirən “etiraz” rəsmini çəkmək üçün ayağa qalxıb tablonun önünə keçdi və xeyli müddət süst halda gözlərini məchul nöqtəyə zilləyib qaldı.
- Məşhur aktyor vəfat etdi
- Elə sehr tapaq ki - ŞEİR
- Dueldə Puşkini öldürən Dantesin fotosu rekord qiymətə satıldı
Ancaq nə politranı, nə də fırçanı götürə bilirdi.
Get – gedə buna əsəbiləşən rəssam taplonu cırıb – dağıtmaq istəsə də bacarmadı.
Aqoniya halında əlsiz rəsm çəkə bilməyəcəyi ağlına belə gəlmirdi.