“Serbcə-azərbaycanca lüğət” çap edildi

“Serbcə-azərbaycanca lüğət” çap edildi
calendar 6 fevral 2015
clock 18:06

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşrləri seriyasından “Serbcə-azərbaycanca lüğət” kitabı işıq üzü görüb. 7000 sözdən ibarət kitabda lüğətdən istifadə qaydaları, əlifba haqqında bilgilər, eynimənalı ortaq işlək sözlərin qısa sıyahısı və hər iki ölkənin əlamətdar günləri barədə məlumatlar yer alıb.

Kitab serb və Azərbaycan dillərini öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Lüğətin tərtibçisi Aynur M. Qarayevadır.

Nəşrin redaktorları yazıçı-tənqidçi Yasmina Mixaylovski və akademik Kamal Abdulladır.

view 1045 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news