Uşaqlar üçün nağıllar kitabı çap olundu

Uşaqlar üçün nağıllar kitabı çap olundu
calendar 8 avqust 2016
clock 10:51

Mehriban Nağıyevanın “Əsmərin sehrli zənbili” adlı kitabı nəşr olunub. Kulis.azın məlumatına görə kitaba müəllifin uşaqlar üçün yazdığı nağıllar, şeirlər yer alıb.

Kitabda müəllifin “Alabaş və ördəklər”, “Çiçəkləri yolan qız”, “Əlcək”, “Leylanın səhvi”, “Paxıl toyuq” və başqa nağılları, o cümlədən şeirləri daxil edilib.

“Əsmərin sehrli zənbili” Mehriban Nağıyevanın sayca üçüncü kitabıdır.

Kitabın redaktoru yazıçı Mirmehdi Ağaoğludur.

“Əsmərin sehrli zənbili”ni şəhərin kitab mağazalarından əldə edə bilrəsiz.

view 1476 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news