Sergey Dovlatov haqqında film çəkiləcək

Sergey Dovlatov haqqında film çəkiləcək
calendar 25 avqust 2016
clock 15:03

Sergey Dovlatov haqqında film çəkiləcək.

Kulis.Az rus mətbuatına istinadən xəbər verir ki, rus rejissoru Aleksey Germanın çəkəcəyi “Dovlatov” filmi 2017-ci ildə ekranlara çıxacaq.

Rejissorun sözlərinə görə, filmin bəzi hissələri çəkilib, tam hazır olması üçün yarım il vaxt lazımdır.

“Dovlatov” filmi avtobioqrafik film deyil, yazıçının həyatındakı bir hissə uydurmadır” – rejissor film haqqında bunları deyib. Eyni zamanda, rejissor əlavə edib ki, çəkiliş zamanı yazıçının qızı ilə ssenari və baş rol haqqında söhbətləşib.

view 1327 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news