Bu kitablar 1 manata satılacaq

Bu kitablar 1 manata satılacaq
calendar 30 noyabr 2017
clock 10:34

“Qanun” nəşrlər evi yeni kompaniyaya başlayır.

Kulis.azın verdiyi məlumata görə, Fəvarrələr Meydanı, “Soyuq əllər, isti ürək yarmarkası”nda 100 adda kitab 1 manatdan satışa çıxarılacaq.

Siyahıda Umberto Ekonun “Sıfır Sayı”, Qabriel Qarsiya Markesin “Polkovnikə məktub yoxdur”, “Hüznlü fahişələrim”, Erix Mariya Remarkın “Qərb cəbhəsində yenilik yoxdur”, Migel de Servantesin “Lamançlı Don Kixot”, Uilyam Somerset Moemin “Ay və qara qəpik”, Uilyam Folknerin “Tüstü”, Ziqmund Freydin Xoşbəxtlik ehtimalımız Aforizmlər”, Qustav Floberin “Sadəlövh”, Ernest Heminqueyin “Klimancaro qarları”, Mustafa Mənsurun “Cüzamlı əllər və donuz sümüyü”, Fransua Saqanın “Salam Kədər” kimi məşhur kitablar, eləcə də hüquq, qanun və motivasiya kitabları da yer alıb.

Xatırladaq ki, yarmarka dekabrın 1-dən start götürəcək. Kitabların 1 manatdan satışı ilk həftə üçün keçərlidir.

view 1036 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news