Trotskini öldürən balta nümayiş olunacaq

Trotskini öldürən balta nümayiş olunacaq
calendar 10 may 2019
clock 16:03

Lev Trotskinin öldürülməsində istifadə edilən balta sərgilənəcək.

Kulis.az rus saytlarına istinadən xəbər verir ki, Vaşinqtonda yerləşən casusluq muzeyində sovet inqilabçısı Lev Trotskinin qətlində istifadə olunan buz baltası nümayiş olunacaq.

Buz baltası uzun illər əvvəl ilk dəfə 1946-cı ildə Kriminalistlər muzeyində nümayiş olunub. Baltanın üzərində Trotskinin qurumuş qanının izləri bu günə qədər də nəzərə çarpır.

view 1741 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news