Orxan Məmmədov: “Gözəl”-Ən qısa hekayə

Orxan Məmmədov: “Gözəl”-Ən qısa hekayə
calendar 17 dekabr 2013
clock 23:00

Kulis.Az Orxan Məmmədovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Gözəl” (187 işarə) hekayəsini təqdim edir.

Gözəl sözünün kökü gözəldir, göz və almaq sözləri, ahəng qanununa görə gözəl olub.

Söz qanuna tabe olsa da, göz özü tabe olmayıb, gözəl görəndə gözü alır vəssalam.

Yoxa çıxdın özüm ala bilmədim səni, gözüm aldı səni, gözəl.

view 1934 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news