Çingiz Sultansoy: "Faciə" Ən qısa hekayə

Çingiz Sultansoy: "Faciə" Ən qısa hekayə
calendar 18 dekabr 2013
clock 11:11

Kulis.Az Çingiz Sultansoyun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Faciə” (486 işarə) hekayəsini təqdim edir.

Qızım Günel birinci sinifdə oxuyurdu, ikinci növbədə. Onu məktəbdən mən götürürdüm. Bir dəfə gecikdim. Alaqaranlıq foyedə tək-tənha dayanmışdı, göz yaşı içində hıçqırırdı. Məni görüncə qaçıb gəldi, dizlərimi qucaqlayıb hönkürdü. Səsə növbətçi çıxdı:

- Günel, gələcək deməmişdim?

Qız hönkürür, kirimirdi:

- Ata, niyə gəlmədin, axı? Gör nə qədər gözlədim? Bir qız dedi, atan gəlməyəcək. Qorxdum gəlməzsən! Heç vaxt gəlməyəsən! Burada tək qaldım!

Uşaq ki uşaq! İnanmışdı ki qaranlıq, böyük, vahiməli dünyada həmişəlik tək qalıb.

Xəcalət tərimi 30 ildi unutmamışam...

view 3871 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news