Ömər Fərhadoğlu: “Şam”-Ən qısa hekayə

Ömər Fərhadoğlu: “Şam”-Ən qısa hekayə
calendar 20 dekabr 2013
clock 15:00

Kulis.az Ömər Fərhadoğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Şam” (438 işarə) hekayəsini təqdim edir.

Soyuq qış axşamı idi, külək bayırda çox qorxunc və vahiməli, amma insana yuxu gətirən vıyıltı ilə əsirdi. Güclü əsən külək yağan qar dənələrini pəncərəyə çırpırdı. Mən pəncərədən təbiətin bu şıltaqlığını bir qədər seyr etdikdən sonra qərara gəldim ki, bir hekayə yazacam, QISA HEKAYƏ.

Bir parça kağız və bir qələm götürüb otağın sakit bir yerinə çəkildim, gecə lampasını yandırdım ki, başlayım yazmağa... İşıqlar söndü... Şam axtardım, yadıma düşdü ki, almamışam. Əsəbiləşdim... Yazmadım... Yerimə girib yatdım.

view 1737 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news