Şəhla Babayeva: “Yuxu”-Ən qısa hekayə

Şəhla Babayeva: “Yuxu”-Ən qısa hekayə
calendar 25 dekabr 2013
clock 12:00

Kulis.az Şəhla Babayevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Yuxu” (136 işarə) hekayəsini təqdim edir.

Gecə pis yuxu görmüşdüm. Yuxuda gördüm ki, ölmüşəm. Elə yuxudaca fikirləşdim ki, səhər duranda suya danışaram, keçər, gedər.

Oyandım və anladım: yuxu deyildi.

view 1854 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news