Çağdaş Ukrayna şeiri kitabı işıq üzü görüb

Çağdaş Ukrayna şeiri kitabı işıq üzü görüb
calendar 21 aprel 2017
clock 12:56

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Çağdaş Ukrayna şeiri (“Kişi, qadın və çətir”) kitabı işıq üzü görüb.

Mərkəzdən APA-ya verilən məlumata görə, kitabda XX və XXI əsr Ukrayna ədəbiyyatının müxtəlif nəsillərini təmsil edən otuz şairin poeziyasından seçmə nümunələr toplanıb.

Müasir Ukrayna poeziyasının ümumi mənzərəsini təqdim edən şeirlər toplusu dərin poetik yaşantılar – zamanın axarı, sözün sehri və bədii mətnin enerjisi ilə sanki bir bütövlük, vəhdət təşkil edir.

Şeirləri dilimizə Salam Sarvan, Mahir Qarayev və Zahid Sarıtorpaq çevirib.

Kitabın redaktoru Yaşar Əliyev, ön sözün müəllifi Salam Sarvandır.

view 1326 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news