Fikrət Əmirovun iki tamaşası göstəriləcək

Fikrət Əmirovun iki tamaşası göstəriləcək
calendar 12 dekabr 2017
clock 13:27

Dekabrın 17-də Akademik Opera və Balet Teatrı Fikrət Əmirovun 95 illik yubileyi ilə əlaqədar "Min bir gecə", dekabrın 20-də isə "Sevil" operasının tamaşasını göstərəcəkdir.

Teatrdan Kulis.aza verilən xəbərə görə, "Min bir gecə" baletində əsas rolları Əməkdar artist Makar Ferştandt (Şəhriyar), solistlər Cəmilə Kərimova (Şəhrizad), Leyla Narimanidze (Nuridə), Anar Mikayılov (Nuridənin sevimli qulu) ifa edəcəklər.

"Sevil" operasında isə Azərbaycanın Xalq artisti Azər Zeynalov (Balaş), Əməkdar artistlər İlahə Əfəndiyeva (Sevil), Afaq Abbasova (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Atakişi), Əliəhməd İbrahimov (Babakişi) və b. çıxış edəcəklər.

Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcəkdir.

view 1041 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news