“YARAT”da növbəti ustad dərsləri keçirilib

“YARAT”da növbəti ustad dərsləri keçirilib
calendar 10 avqust 2019
clock 14:51

"YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçirilib.

“Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edə biliblər.

Dost və ailə mühitində yaradıcılıq vasitəsilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsət olan ustad dərsləri hər çərşənbə, 19:00-21:00 saatlarında keçirilir. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunur.

view 2365 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news