Pərviz Əzimov: “Uşaqlar”-Ən qısa hekayə

Pərviz Əzimov: “Uşaqlar”-Ən qısa hekayə
calendar 17 dekabr 2013
clock 18:00

Kulis.az Pərviz Əzimovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Uşaqlar” (426 işarə) hekayəsini təqdim edir.

Bizdən iki bina o tərəfdə nənəsi ilə yaşayan yetim uşaq avtobusa mindi. 7-8 yaşlarında olardı, dərsdən çıxırdı. Onunla birgə avtobusa çiyini çantalı, analarının əllərindən yapışıb bir-birinə təpik atan məktəb yoldaşları da mindi.

Hava soyuq olduğundan barmaqları qızarmışdı. Əlindəki köhnə kitabı şalvarının toqqasına keçirdi. Qəribə baxışlarla uşaqlara baxdı. Paxıllıq və həsəd hissi var idi baxışlarında. Ancaq o, bilmirdi ki, böyüyəndə hamı - o da, atalı-analı uşaqlar da bədbəxt olacaqlar!

view 3129 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news