Abbas Qasımlı: "Qış nağılı" Ən qısa hekayə

Abbas Qasımlı: "Qış nağılı" Ən qısa hekayə
calendar 18 dekabr 2013
clock 14:00

Kulis.Az Abbas Qasımlının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qış nağılı” (162 işarə) hekayəsini təqdim edir.

Bomj idi. Qış gələndə yığdığı qəpikləri də cibinə atıb avtobusa minirdi və axırıncı dayanacağa qədər gəlirdi. Sonra düşüb geriyə gedən avtobusla öz yerinə qayıdırdı. Avtobuslar isti olurdu.

view 2144 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news