Kulis.Az Şəbnəm Xeyrullanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Prototip” (499 işarə) hekayəsini təqdim edir.
Qadını göstərib pıçıltı ilə “Anarın “Təhminə”sinin prototipidir” dedilər. Salamlaşıb boynuna sarıldım. Bilirsən niyə? Anarın təsvir etdiyi o ecazkar ətri duymaq istəyirdim.
Yəqin qocalanda gənc oğlanlar, qızlar səni də barmaqla göstərəcək: “Həyatdan nakam getmiş FİLANKƏSin əsərlərində təsvir etdiyi “Alagözlü”dür”.
- Akademik Musiqlli Teatr mövsümü bu tamaşa ilə açacaq
- Hollivud kinostudiyaları ssenaristlərə ödənişləri dayandırır
- 90-ların unudulmaz geyimləri - FOTOLENT
Gözlərinə diqqətlə baxıb onların sehrinə düşənlər də olacaq.
Amma qucaqlayanlar olmayacaq. Axı yazılarımda ətrindən yazmamışam. Lənət şeytana! Kapitalizmdə yaşayırıq. Ətrinin adını yazsam, saytlar, qəzetlər “reklamdır” deyib yazılarımı çap etməz axı.