Elxan Xanəlizadə: “Düşüncə” Ən qısa hekayə

Elxan Xanəlizadə: “Düşüncə” Ən qısa hekayə
calendar 17 dekabr 2013
clock 15:00

Kulis.Az Elxan Xanəlizadə “Ən qısa hekayə”müsabiqəsinə göndərdiyi “Düşüncə”(427 işarə) hekayəsini təqdim edir.

Sən heç kim olduğunu düşündünmü?

Məsəlçün, evdən və ya işdən çıxanda təkbaşına gəzərək, olmaq istədiyin insanı düşün. Doğmaları, yadları düşün. Dilənən qocaları, uşaqları düşün. Zülmkarları, xeyirxahları düşün.

Hazırda olduğun yeri, əslində olmalı olduğun yeri düşün. Getmək istədiyin yerləri, gedə bilmədiyin yerləri düşün. Niyə belə olduğunu düşün. İlk oxuduğun kitabı, ən son aldığın kitabı düşün. Özünü qəhrəmanlarla, qorxaqlarla müqayisə edərək düşün. Hansına daha çox oxşadığını düşün.

view 2498 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news