Seymur Elsevər: “Son səhnə”-Ən qısa hekayə

Seymur Elsevər: “Son səhnə”-Ən qısa hekayə
calendar 17 dekabr 2013
clock 23:00

Kulis.az Seymur Elsevərin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Son səhnə” (404 işarə) hekayəsini təqdim edir.

Bircə o susmuşdu – Qadını. Evin düz ortasındakı meyitə gözündən yaş çıxmadan, lal-süst baxırdı. İllər boyu açıq-aşkar xəyanətin, gecələr bir otaqda, amma təkcəcə yatmağın acısını dadıb, hey ağlamışdı. Axırda xəstə düşən ərinin qulluğunda kefini sürdükləri yox, bu əzabkeş dayanmışdı: qaşıq-qaşıq yemək yedirib, altını təmizləmişdi. Qadın çox rollar oynamışdı səhnədə, beləcə faciə yaşayan birinin rolunusa həyat ona oynatmışdı. İndi təzim anında duruxub qalmışdı...

view 2215 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news