Rüfət Soltan: “Səssizliyin”-Ən qısa hekayə

Rüfət Soltan: “Səssizliyin”-Ən qısa hekayə
calendar 20 dekabr 2013
clock 19:00

Kulis.az Rüfət Soltanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Səssizliyin” (431 işarə) hekayəsini təqdim edir.

Sonra avtobusda birgə yolçuluğumuz oldu, sən nə qədər incimiş olsan da aramızdakı səmimiyyətin itmədiyinə nədənsə əmin idim. Çünki, sənin susmağın belə mənə fərqli təsir bağışlamırdı. Yəni heç bir soyuqqanlılıq, kənar insan təsəvvürü vəd etmədi səssizliyin. Bir müddətlik şəlakətin ardından telefondakı mahnıları dinləməyə başladın. Mən isə sakit şəkildə ünsiyyət qurmaq fikrindən daşınmalı oldum. Elə bu an gözlədiyim ancaq həmin an düşünmədiyim bir addım atdın və qulaqcığın birini mənə verdin...

view 1848 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news