Araz Bayramov: “O ölməyib”-Ən qısa hekayə

Araz Bayramov: “O ölməyib”-Ən qısa hekayə
calendar 20 dekabr 2013
clock 22:00

Kulis.az Araz Bayramovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “O ölməyib” (479 işarə) hekayəsini təqdim edir.

Ağ şallı, solğun və cansız simalı qadın bir televiziya verilişində onu və övladını atmış sevgilisini axtarırdı.

- O məni aldatdı – deyirdi. - İsmətli bir qızın sevgisindən istifadə elədi. Bığları ağzının içinə qədər girmiş eynəkli kişi isə ona məsləhət verirdi.

- Qızım, sən onu unut artıq. O ölüb!

Hamı aparıcıdan açıqlama gözləyirdi. Nəhayət o dilləndi

- Biz gərgin araşdırmalardan sonra müəyyən etdik ki... O ölməyib! O, hal hazırda bizim studiyamızdadır!

Hər kəsin gözü qapıya dikildi. İnsanlığın ən faciəvi günlərində görünməyən Tanrı verilişə qatılacaqdı.

view 2312 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news