Anamın yoxluğu tez unuduldu-Oğuz Ayvazın şeiri

Anamın yoxluğu tez unuduldu-Oğuz Ayvazın şeiri
calendar 24 avqust 2015
clock 14:57

Kulis Oğuz Ayvazın “Mart ayı” şeirini təqdim edir.

Mart ayı

anam özünü asmışdı,
ad günümün səhəri,
bədəni istidi,
yaşayır demişdi
gözüyaşlı bacım,
anamı heç belə görməmişdik,
gözləri qapalı,
döşəmədə uzanmış,
onun yoxluğu
tez unuduldu,
anam özünü asmışdı,
ad günümün səhəri
üzünü xatırlamağa çalışdığım günlərdə,
qoxusunu unudurdum,
anam yuxularımda da özünü öldürmüşdü.
anam özünü asmışdı
hələ mart ayının
ilk günləri idi...

view 1171 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news