Analar aldatdı bizi - ŞEİR

Analar aldatdı bizi - <span style="color:red;">ŞEİR
calendar 7 may 2017
clock 14:00

Kulis.az Ramiz Rövşənin məşhur “Analar aldatdı bizi” şeirini təqdim edir.

Şirin-şirin yuxudaydıq,

Bir zalım oyatdı bizi.

Anaların gucağından

Bu dünyaya atdı bizi.

Düşdük yolların ağına,

Baxtımızın sorağına,

Qatdı bizi qabağına,

Əlində oynatdı bizi.

Biz ki yol nədi bilməzdik,

Biz ki öl nədi bilməzdik,

Bilsək dünyaya gəlməzdik,

Analar aldatdı bizi...

view 2370 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news