Məşhur yazıçını pedofillikdə günahlandırırlar

Məşhur yazıçını pedofillikdə günahlandırırlar
calendar 14 yanvar 2013
clock 15:12

Yanvar ayının 9-da Vladimr Nabokovun Sankt –Peterburqda yerləşən ev muzeyinə qarşı vandalizm hadisəsi törədilib.

Özünü “Sankt-Peterburq kazakları” kimi təqdim edən qrupun adından bir nəfər içində məktub olan butulka ilə muzeyin şüşəsini sındırıb.

Muzey direktorunun məlumatına görə eksponatlara zərər dəyməyib. Məktubda Bibliyadan sitata gətirilərək pedofiliyanı yaymağı dayandırmaq tələb olunur.

Məktubda deyilir: “Nabokov pedofiliyasını təbliğ etməklə allahın qəzəbindən qorxmursuzmu?”

Etirazçıların əsas məqsədi Leonid Morozovun “Lolita” tamaşasının Sankt-Peterburqda səhnələşdirilməsinin qarşısını almaqdır.

Bir müddət əvvəl Vsevold Çaplin adlı protoierey (baş keşiş)Vladimir Nobokovun “Lolita” və Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” əsərlərində pedofiliya əlamətlərini aradan qaldırmaq məqsədilə onlara yenidən baxış keçirmək təklifini irəli sürmüşdü.

view 3125 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news