Teymur Əliyev: "Xeyirli olsun" Ən qısa hekayə

Teymur Əliyev: "Xeyirli olsun" Ən qısa hekayə
calendar 17 dekabr 2013
clock 19:00

Kulis.Az Teymur Əliyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Xeyirli olsun” (275 işarə) hekayəsini təqdim edir.

Şər, yer üzünə enən kimi, ona “yuxarılar”dan təbrik məktubları gəldi. Hamı onu vəzifəyə təyinatla bağlı təbrik edir, fəaliyyətində uğurlar arzu edir, xeyirli olsun deyirdilər. Bu xeyirli olsun ifadəsi o qədər deyildi ki, axırda Xeyiri də yer üzünə göndərdilər ki, şərə dəstək olsun, onun işi çətin getməsin, Xeyirli olsun.

view 2038 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news