Zaur Baxışlı: “Sülh simvolu”-Ən qısa hekayə

Zaur Baxışlı: “Sülh simvolu”-Ən qısa hekayə
calendar 17 dekabr 2013
clock 22:00

Kulis.Az Zaur Baxışlının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sülh simvolu” (434 işarə) hekayəsini təqdim edir.

Cəlil yatırdı. Yatarkən körpələr kimi məsum və günahsız görünürdü Cəlil. Onun yatarkən çəkilmiş şəkli dünyanın sülh simvoluna çevrilə bilərdi.

Arvadını və iki azyaşlı uşağını balta ilə tikə-tikə doğradığına görə ömürlük yatırdı Cəlil.

Yuxusunda insanların böyük izdihamlarla şəhər küçələrində gəzdiklərini, əllərində “Peace” , “Make Love, Not War” yazılmış plakatlar tutduqlarını görürdü. Ən maraqlısı isə o idi ki, bu plakatlar arasında o, özünün yatarkən çəkilmiş şəklinin də olduğunu görürdü Cəlil.

view 2018 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news