Foto müsabiqəsinin qalibləri mükafatlandırılacaq

Foto müsabiqəsinin qalibləri mükafatlandırılacaq
calendar 3 sentyabr 2017
clock 10:01

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində sentyabrın 17-də “Bakı Foto 2017” fotomüsabiqəsinin iştirakçılarının mükafatlandırılması mərasimi keçiriləcək.

Tədbir çərçivəsində qonaqlar müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgi ilə tanış olacaqlar.

Sərgidə beş nominasiya üzrə qalib gəlmiş fotoqrafların əsərləri təqdim ediləcək: “İçərişəhər: Dünən, bu gün”, “Portret”, “Təbiət”, “Tədbirlər” və “Bədii fotoşəkil”.

Sərgidə qaliblərin fotoşəkilləri ilə yanaşı, finalçıların da işləri nümayiş olunacaq.

Müsabiqədə çərçivəsində “100 Business Women of Azerbaijan” təşkilatının təsis etdiyi “Qadın fotoqraf” nominasiyasının qalibi də təqdim ediləcək.

view 1053 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news