Leyla Məhərrəmova: “Yeniyetmə” Ən qısa hekayə

Leyla Məhərrəmova: “Yeniyetmə”  Ən qısa hekayə
calendar 17 dekabr 2013
clock 16:00

Kulis.az Leyla Məhərrəmova “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Yeniyetmə” (489 işarə) hekayəsini təqdim edir.

“Cinayət və cəza”nı oxuyub “ Bəyaz gecələr”i düşünən yeniyetmə. Fikirlər beynini didir :“Bəyaz gecələr tək mənim qaranlıq dünyamı işıqlandırır?” Yox, tək yeniyetmələrin qaranlığına deyil, alçaldılmış və təhqir edilmiş insanların zülmətinə də işıq salır. Düşünür: “ Yazıçının şəxsi keyfiyyətləri yaradıcılığına kölgə salır?”

Qumarbaz və idiot olmaq yaradıcılığa kölgə salmır. Əsas odur ki, yazıçı oxucusuna ölü evdən, gizlindən qeydlərini yazsın.

Raskolnikov qarını öldürür, yeniyetmə düşünür, Karamazov qardaşlarının məhkəməsi qurulur, yeniyetmə qışqırır...

view 2281 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news