Ülviyyə Mustafayeva: “Son arzu”-Ən qısa hekayə

Ülviyyə Mustafayeva: “Son arzu”-Ən qısa hekayə
calendar 18 dekabr 2013
clock 15:00

Kulis.az Ülviyyə Mustafayevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Son arzu” (250 işarə) hekayəsini təqdim edir.

1993-cü il. Aprel. Bakı. Qospital. Həkim sayıqlayan xəstənin yanında ayaq saxlayaraq soruşdu:

- Gəlmədi?

Tibb bacısı:

- Xeyr. Dedilər ki, biz qızımızı ora göndərə bilmərik. El bizə nə deyər?

Həkim:

- Siz onlara izah etdiniz ki, bu əsgər Vətən uğrunda, El uğrunda səkkiz güllə alıb və ölmək üzrədi?

view 1956 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news