Arzu Zeynalova: “Qırmızı lent”-Ən qısa hekayə

Arzu Zeynalova: “Qırmızı lent”-Ən qısa hekayə
calendar 20 dekabr 2013
clock 17:00

Kulis.az Arzu Zeynalovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qırmızı lent” (427 işarə) hekayəsini təqdim edir.

Ağappaq gəlinlik paltarında güzgünün qarşısında özünə baxmaqdan doymurdu. Libasını tamamlayacaq bircə şey qalırdı - oğlan evinə gedəndə belinə bağlanacaq qırmızı lent. Ağ paltarda qırmızı necə də gözəl görünəcəkdi...

Qəfil partlayış səsinə diksinib, həyətə qaçdı. Düşmənin atdığı bomba toy mağarının ortasında partlamışdı. İkinci bomba partlayanda ağrıdan qarnını qucaqladı. Əlini çəkib baxanda belində qırmızı gördü. Bu, səbirsizliklə gözlədiyi qırmızı lent deyildi, al qırmızı qan idi...

view 2340 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news