IV Buktreyler Festivalının qalibləri elan olunacaq

IV Buktreyler Festivalının qalibləri elan olunacaq
calendar 22 aprel 2019
clock 12:59

Mayın 1-də IV Buktreyler Festivalının Qala gecəsi keçiriləcək.

ONA xəbər verir ki, bu barədə Bukteyler Festivalının təsisçisi və direktoru Ruslan Sabirli bildirib. O, festivalın qaliblərinin adlarının may 1-i, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində elan olunacağını qeyd edib.

Qeyd edək ki, festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hər biri) və 500 (hər biri) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.

view 1839 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news