“Komandir” romanının elektron versiyası yayımlandı

“Komandir” romanının elektron versiyası yayımlandı
calendar 30 may 2019
clock 12:51

Yazıçı Şərif Ağayarın Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat və fəaliyyətindən bəhs edən “Komandir” romanının “PDF” versiyası yayımlanıb.

Yazıçının Kulis.az-a bildirdiyinə görə, geniş oxucu marağını nəzər alıb bu addımı atıblar:

“Kitab min tirajla çıxıb, satışda yoxdur, yalnız təqdimatlarda, aiddiyatı tədbirlərdə hədiyyə edilir. Ona görə geniş oxucu kütləsinə ulaşa bilmir. Kitaba tələbat isə gözlədiyimdən artıqdır. Vəziyyət nəzərə alıb onu elektron versiyada yayımlamaq qərarına gəldim.”

Kitabı bu linkdən aça və yükləyə bilərsiniz:

https://kulis.az/public/book/komandir-roman.pdf

view 4084 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news