Fidan Vəliyeva: “Sərxoş məyusluq”-Ən qısa hekayə

Fidan Vəliyeva: “Sərxoş məyusluq”-Ən qısa hekayə
calendar 17 dekabr 2013
clock 12:00

Kulis.az Fidan Vəliyevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sərxoş məyusluq” (469 işarə) hekayəsini təqdim edir.

Anası, o, doğulmamışdan qabaq etdiyi kürtajdan peşman olub, onu dünyaya gətirmişdi. Ona hərdən elə gəlirdi ki, kürtaj zamanı ölmüş (öldürülmüş) bacısının, ya qardaşının həyatını oğurlayıb. Oğurluq həyatla yaşamaq hissi işgəncə kimi bir şeydir. Bəlkə yarımçıq həyatın ahıydı onu xoşbəxt olmağa qoymayan?! Bəlkə bu düşüncələrin absurdluğu onu xoşbəxtlik hissiylə toqquşdurmurdu?! Bəlkə o, əvvəllər yaşayıb, indi cəhənnəmin özüdür?!

Bu düşüncələrdən yaranan ağırlıq ürəyinə yavaş-yavaş çökür, o isə bu ağırlığın altında yavaş-yavaş əzilirdi.

view 8002 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news