Elnur Sadıqov: “Yaşamaq gözəldir”-Ən qısa hekayə

Elnur Sadıqov: “Yaşamaq gözəldir”-Ən qısa hekayə
calendar 22 dekabr 2013
clock 10:00

Kulis.az Elnur Sadıqovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Yaşamaq gözəldir” (329 işarə) hekayəsini təqdim edir.

Çətinliklə nəfəs alırdı, yəqin ki, artıq nəfəsinin tükəndiyini, son günləri olduğunu hiss edirdi. Birdən həyətdən qışqırtı səsi eşidildi.O çətinliklə də olsa xırıltılı səsi ilə tibb bacısından onu pəncərəyə yaxınlaşdırmasını istədi. Birisi ölmüşdü, yaxınlarının qışqırtısı idi ətrafı bürüyən səslər. O üzündə dərin bir kədərlə, gözləri dolmuş halda dilləndi: - Yaşamaq gözəldir.


view 2186 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news