Fərid Abdullayev: “Boz göyərçin”-Ən qısa hekayə

Fərid Abdullayev: “Boz göyərçin”-Ən qısa hekayə
calendar 24 dekabr 2013
clock 17:00

Kulis.az Fərid Abdullayevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Boz göyərçin” (449 işarə) hekayəsini təqdim edir.

Bədənindəki ağrıların ona işgəncə verməsinə baxmayaraq ağlamırdı. Qan içində onu qucaqlayaraq ölmüş qardaşının solğun simasına baxıb təbəssüm edirdi. Axı qardaşı söz vermişdi, onu heç vaxt tərk etməyəcək, hər gün göyərçin şəklində beş yaşlı bacısına baş çəkəcək.

Göydən bir qaraltı gəlirdi, yaxınlaşırdı. Qardaşının cansız bədənini özündən kənarlaşdıran tifil ayağa qalxdı, əllərini uzatdı, gözlərini yumub güldü. Boz rəngli göyərçin sandığı sürətlə ona tərəf gəlirdi.

Ətraf toz idi, göydən yerə kül parçaları yağırdı.

view 3234 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news