Mehman Telmanoğlu: “Zibanın nağılı”-Ən qısa hekayə

Mehman Telmanoğlu: “Zibanın nağılı”-Ən qısa hekayə
calendar 17 dekabr 2013
clock 13:00

Kulis.Az Mehman Telmanoğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Zibanın nağılı” (495 işarə) hekayəsini təqdim edir.

Gəncliyini qurban verdiyi binanın qarşısındadır. Hər şey ağ-qara kino kimi gözlərində canlanır.

Dəyişib. Həm gözəlliyi, həm də köhnə və iyli mehmanxana.

Heç kim “kişilik” dövrünə qədəm qoymaq üçün həyatının 5 dəqiqəlik Qəhrəmanını axtarmır.

17-ci mərtəbəyə kimi bədənini satdığı illəri xatırlayır.

O vaxt hamı satırdı. Kimi torpaq, kimi millət...

Hündürdən şəhəri tanımadı.

Yenə ondan danışılacaq.

Vaxtı ilə şəninə deyilən qafiyənin sədasını eşidəndə gözünə şəhərin gözəlliyi də görünmədi.

Qırış cizgili təbəssümü ilə dodaqları tərpənir, SƏNI BÜTÜN ALƏM TANIYIR Q... Ziba!

view 18198 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news