Sevinc Babayeva: “Bir adam boşluğu”-Ən qısa hekayə

Sevinc Babayeva: “Bir adam boşluğu”-Ən qısa hekayə
calendar 19 dekabr 2013
clock 19:00

Kulis.az Sevinc Babayevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Bir adam boşluğu” (499 işarə) hekayəsini təqdim edir.

Qarlı bir gecə. İşıqlar qarı parıldadır. Hər addımda qar xışıldayır ayaqlarının altında. Deyəsən gəncliyi əldən gedir, kirpiklərinə düşüb yox olan qar dənəciyi kimi. Keçmişə qayıdır. Həmin qarlı günə. Başını qaldırıb qarşısında dayanan adama baxır. Bu ki həmin qarlı gündə gözlərindən düşən gözlərdir. İnana bilmir, amma yox bu odur. Hələ də içi boş. Saniyələrdən illərə çevrilən, zaman onun əleyhinə işləyib.

- Hələ də gözlərin bomboş baxır.

- Sənin isə içində dərin bir boşluq var. İllərin doldura bilmədiyi.

Necə yox olacaq o boşluq, necə dolacaq?!

- Bəlkə də yenidən tanış olmalıyıq.

view 2118 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news