Kübra Əliyarlı: “Allaha deyəcəyəm” Ən qısa hekayə

Kübra Əliyarlı: “Allaha deyəcəyəm” Ən qısa hekayə
calendar 20 dekabr 2013
clock 12:00

Kulis.Az Kübra Əliyarlının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Allaha deyəcəyəm” (351 işarə) hekayəsini təqdim edir.

Soyuq qış ayı idi. Hər tərəfdə şaxta, qar, çovğun...

Bir tərəfdə insanlar öz peyğəmbərlərinin dünyaya gəldiyi günə təmtəraqla hazırlaşır, digər bir tərəfdə isə dünyaya gəlişini böyük sevinclə qeyd etdikləri peyğəmbərə böyük xəyanət edilirdi. Belə ki, günahsız insanların qanı durmadan axıdılırdı. Belə bir vəhşət dolu məkanda 3 yaşlı körpənin öldürülmədən öncə söylədiyi son söz:

- Dayanın Allaha deyəcəyəm!

view 4834 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news