Şən günlər, yoluna düşən günlər, hələ qarşımızdadır!

Şən günlər, yoluna düşən günlər, hələ qarşımızdadır!
calendar 31 dekabr 2013
clock 09:00

Kulis.az Mikayıl Müşfiqin “Mənim könlüm deyir ki...” şeirini təqdim edir.

Mənim könlüm deyir ki,

Hələ bunlar nədir ki...

Böyük günlər, şanlı günlər, şən günlər,

Yoluna düşən günlər

Hələ qarşımızdadır!

Hələ bunlar nədir ki...

Mənim könlüm deyir ki,

Həyat ondan küsənləri incidər

Möhkəm dəzgah, şirin əmək, inci tər

Hələ qarşımızdadır!

Babam derdi: "Keçən günə gün çatmaz!"

Mənim könlüm bu sözlərə heç yatmaz.

O düşünüb deyir ki,

Hələ bunlar nədir ki...

Ay işığı, dolu ürək, yaşıl bağ,

Qızğın günəş, sərin çeşmə, qarlı dağ

Hələ qarşımızdadır!

view 28545 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news